
Abşeronda 65 yaşlı qadın intihar edib.
Hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, Xırdalan şəhər sakini, 1957-ci il təvəllüdlü Piriyeva Nahidə İsmayıl qızı yaşadığı mənzilin dəhlizində özünü asıb.
Araşdırma zamanı N.Piriyevanın uzun müddətdir psixoloji probleminin olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.