24-06-2023, 18:57 716

Zəngilanda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun iclası keçirilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Zəngilan rayonunun Ağalı kəndində iclası keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda İşçi qrupun rəhbəri, Agentliyin İdarə Heyətinin sədri V.Süleymanov hökumətin prioritetlərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişaf planına əsasən icra edilən genişmiqyaslı minatəmizləmə əməliyyatları barədə məlumat təqdim edib. Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsində Şərgi Zəngəzur İqtisadi rayonunda aparılan minatəmizləmə əməliyyatları və əlaqəli şəkildə icra edilən quruculuq layihələrinin əhəmiyyətini vurğulayıb. Minatəmizləmə əməliyyatlarına cəlb olunan qurumlar tərəfindən 2023-cü il ərzində 19 840 hektar ərazinin partlayıcı qurğulardan təmizləndiyini, 9 150 ədəd mina və partlamamış hərbi sursatın aşkar edilərək zərərsizləşdirildiyini bildirib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi V.Hacıyev ölkə rəhbərinin tapşırığı ilə yenidən qurulacaq şəhərlərdə, qəsəbələrdə və kəndlərdə bütün işlərin planlı və sistemli şəkildə aparılması üçün baş planların hazırlandığını, habelə bu planlarda keçmiş məcburi köçkünlərin dayanıqlı qayıdışı üçün təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf kimi vacib olan bütün amillərin nəzərə alındığını qeyd edib. Bildirib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün torpaqlarımızın minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinin aparılması qarşıda duran əsas vəzifələrdən biridir. V.Hacıyev ANAMA-nın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirdiyini və Agentliyin hər bir əməkdaşına bu fədakar işdəki əməyinə görə xüsusi təşəkkürünü vurğulayıb.

Sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə layihələrinin gedişatı barədə qurumlar tərəfindən hesabatlar təqdim olunub, cari məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Zəngilan rayonuna səfər çərçivəsində İşçi qrup üzvləri Cəbrayıl rayonu ərazisində yerli şirkət tərəfindən minatəmizləmə fəaliyyəti icra edilən “Qız Qalası Suvarma kanalı” layihəsi, eləcə də ANAMA tərəfindən Zəngilan rayonunda icra edilən “Horadiz-Laçın qaz xətti” layihəsinin minalardan təmizlənməsi əməliyyatları ilə tanış olublar.

Nümayəndələr icra edilən layihələrin gedişatı barədə məlumatlandırılıb, aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsində iştirak ediblər.

Paylaş

Xəbər lenti

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Dünən, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Dünən, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Dünən, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Dünən, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Dünən, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 17:48 İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib Dünən, 17:48 Çin XİN başçısı Azərbaycana səfər edəcək Dünən, 17:48 Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib Dünən, 17:48 Anar Hacıyev "Qarabağ"dakı vəzifəsindən ayrılıb Dünən, 17:48 Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək Dünən, 17:48 Ucarda sərnişin avtobusu yandı Dünən, 17:48 Dağıdılan kənd, yurdundan qovulan insanlar: Böyük Məzrənin ağrılı keçmişi Dünən, 17:48 "Barselona" Dani Olmonu satmaqdan imtina edib Dünən, 17:48 Məktəbli qızların geyimi: Valideynin inancı, uşağın seçimi, yoxsa dövlətin qaydaları? Dünən, 17:48 "Çoxları bu böyük səhvi edir" - Tanınmış həkim xəbərdarlıq etdi Dünən, 17:48 Məktəbin qarşısında dini radikal şüarlar səsləndirildi - Uşaqları alət etdilər Dünən, 16:48 Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR