28-06-2023, 18:49 529

“Vətən müharibəsindən sonra Azərbaycan diktə, İrəvan icra etməyə məhkumdur” - RƏY

“Vətən müharibəsindən sonra Azərbaycan diktə, İrəvan isə icra etməyə məhkumdur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, iyunun 26-da Qarabağda qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatın məqsədi Vaşinqton görüşü ərəfəsində sülh müqaviləsi istiqamətində ABŞ-ın dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq, bu formatda yekun sülh imkanlarının mümkün olmaması məzmununda mənfi ab-hava yaratmaqdır:

“Lakin nəzərə alınmayan reallıq var ki, Vətən müharibəsindən sonra yaranan vəziyyətdə Azərbaycan və Ermənistan bərabərhüquqlu beynəlxalq subyektlər deyil, Azərbaycan qalib tərəfdir, Ermənistan məğlub, Azərbaycan diktə, İrəvan isə icra etməyə məhkumdur”.

“Bu gün Azərbaycan Prezidenti beynəlxalq hüquqa əsaslanan 5 şərt irəli sürürsə, bu, Ermənistana verilən tarixi şansdır və İrəvan unutmamalıdır ki, biz qalib kimi davranmaq imkanımızdan imtina etməmişik. Azərbaycan region xalqlarının firavan gələcəyi naminə, milli maraqlarımızı və BMT Nizamnaməsini rəhbər tutmaqla istənilən vaxt məcburetmə-cəza tədbirlərini həyata keçirə bilər. Elə ötən gün olduğu kimi, Azərbaycan əsgərinin yaralanması ilə həyata keçirilən “Qəzəb” əməliyyatı ilə qanunsuz hərbi birləşmələrin azı 5 üzvü məhv edildi. İrəvan da, separatçılar da, Ermənistanın havadarları da, o cümlədən son təxribatları təşkil edənlər də anlamalıdır ki, əsgərimizə Xankəndinə qədər irəliləmək üçün bir əmr və bir neçə saat kifayətdir. Amma biz məsələnin qansız-qadasız realizəsində maraqlıyıq”, - o, qeyd edib.

Deputat bildirib ki, indi separatçıların yeni təxribatlara hazırlaşması ilə bağlı məlumatlar daxil olur: “Amma hər kəs bilməlidir ki, qanunsuz birləşmələr bizim üçün legitim hədəfdir və onların məhvi Azərbaycanın terrorizmlə, cinayətkarlıqla mübarizədə beynəlxalq hüquqla dəstəklənən suveren hüququ və ayrılmaz özünümüdafiə haqqıdır.

Nə separatçılar, nə Ermənistan kiməsə ümidvar olmalıdırlar. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, heç kim onların əvəzinə gəlib döyüşməyəcək, heç kim onları Azərbaycanın cəza tədbirindən xilas edə bilməz”.

“Erməni xalqı anlamalıdır ki, Qarabağdakı terrorçu rejimlə iç-içə yaşayan Rusiya sülhməramlılarının komandanlığı və erməni lobbisinin əsirinə çevrilən korrupsioner Qərb siyasi dairələri üçün yalnız öz maraqları var, son nəticədə zərər çəkən elə ermənilər özü olacaq. Azərbaycan dövlətinin bu gün aydın xarici siyasət kursu mövcuddur, bir an öncə yekun sülhə nail olub bölgədə sülh və əməkdaşlıq platforması formalaşdırmaq. Bakı müharibə başa çatdıqdan dərhal sonra bu istiqamətdə ciddi səylər göstərir, lakin Azərbaycan dövləti bu səylərinə sadiq olsa da daha uzun illər prosesə güc, zaman və enerji sərf etmək niyyətində deyil.

Biz müharibəyə qədər 27 il, müharibədəki qələbəmizdən sonra isə artıq 3 ilə yaxındır ki, səbirlə dialoq mühitinə sədaqətimizi qoruyuruq. Lakin İrəvan istər 2020-ci ilə qədər, istərsə də sonrakı dövrdə dəfələrlə göstərib ki, Ermənistan dialoqa sadəcə vaxt uzatmaq, yeni işğalçı məqsədlər üçün güc toplamaq üçün vasitə kimi baxır”, - deputat xatırladıb.

B. Məhərrəmov vurğulayıb ki, dialoqun gedişində artıq prosesdən yayınmaq mümkün olmayanda, Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən başqa əlac qalmayanda Ermənistan şərti sərhəd boyu gərginliyə, habelə separatçıların əli ilə sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə də hərbi təxribatlara əl atır: “O cümlədən də Vaşinqton təmasları müddətində. Bu yanaşma çox təhlükəli tendensiyadır, lakin Azərbaycandan çox Ermənistanın özü üçün təhdid əxz edir. Biz sülh arzu edirik, amma onlar istərmirsə, cənab Prezident İlham Əliyevin qeyd də etdiyi kimi, o zaman sülh olmayacaq. Sonrası nə olacaq, İrəvan bunu düşünməlidir”.

Paylaş

Xəbər lenti

Bakının iki rayonunda işıq olmayacaq - Küçələrin adları Bu gün, 08:48 "Barselona" səfərdə qalib gəldi, "İnter" öz meydanında uduzdu Bu gün, 08:48 Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? Bu gün, 08:48 Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib Bu gün, 08:48 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi Bu gün, 08:48 Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb Bu gün, 08:48 AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır Bu gün, 00:48 Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc Bu gün, 00:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb Dünən, 23:48 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq Dünən, 23:48 "Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib Dünən, 23:48 Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? Dünən, 23:48 Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 23:48 Ət bazarında qiymətlər niyə dayanmadan artır? Dünən, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Dünən, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Dünən, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda ikinci qolu vurub Dünən, 22:48 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib Dünən, 22:48 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib Dünən, 22:48 Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı Dünən, 21:49 Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar? Dünən, 21:48 Belçika səfiri Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Çakal bacısına 2 milyon 280 minlik avtomobil hədiyyə etdi Dünən, 21:48 Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı Dünən, 21:48 Müğənni Nəfəs: "Sponsor" sözü bizdə pis səslənib" Dünən, 21:48 İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya Dünən, 21:48 Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib Dünən, 20:48 Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama Dünən, 20:48 Mikayıl Cabbarov: "Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400-dən artıq şirkət fəaliyyət göstərir" Dünən, 20:48 Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Dünən, 20:48 Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Dünən, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Dünən, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Dünən, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Dünən, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Dünən, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Dünən, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Dünən, 18:48 Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir" Dünən, 18:48 "Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib? Dünən, 18:48 Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK Dünən, 18:48 Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır" Dünən, 18:48 Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Dünən, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Dünən, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Dünən, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR