Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya və Türkiyə hərbi nümayəndə heyətləri Ukrayna limanlarından taxıl ixracı və gəmilərin limanlardan təhlükəsiz yola salınması ilə bağlı razılığa gəliblər.
Avesta xarici mediaya istinadən məlumatına görə, Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşünün müsbət nəticəsindən sonra Türkiyənin “Azov Concord” quru yük gəmisi Rusiyanın nəzarətində olan Mariupolu tərk edən ilk xarici gəmi olub.



