
Sabirabadda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Həşimxanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Bulduq kənd sakini, 1985-ci il təvəllüdlü İmanov Ruhul Sahil oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən rayonun Həşimxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Cabbarlı Kamran Qafar oğlunin idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə toqquşub.
Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Sabirabad Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.