
Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən 3 qayıq Atlantik okeanının sularında itib.
Bu barədə “AVESTA.AZ” “Reuters”ə sitinadən xəbər verir.
Miqrantları Avropaya daşıyan “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub.
Onun sözlərinə görə, qayıqların birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olub. Onlar 15 gün əvvəl yoxa çıxıblar. Göyərtəsində təxminən 200 nəfərin olduğu başqa bir gəmi iyunun 27-də Seneqalı tərk edib və o vaxtdan bəri harada olduğu bilinmir.
Afrikanın qərb sahillərində yerləşən Kanar adaları İspaniyaya çatmağa çalışan miqrantların əsas məkanına çevrilib.
“Ailələr çox narahatdırlar. Seneqalın eyni bölgəsindən təxminən 300 nəfər. Onlar Seneqaldakı qeyri-sabitliyə görə gediblər”, - deyə Maleno bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.