
İspaniya Şərqi Avropada NATO qüvvələrini gücləndirmək üçün əlavə 800 hərbçi göndərməyi planlaşdırır.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, İspaniya NATO-nun Slovakiyada yerləşdirdiyi və hazırda Çexiyanın rəhbərlik etdiyi döyüş qrupunun rəhbərliyini öz üzərinə götürmək niyyətindədir.
Beləliklə, Madrid Slovakiyaya 600, Rumıniyaya isə 200 hərbçi göndərəcək.
Slovakiyanın müdafiə naziri Martin Sklenar NATO-nun sammitində jurnalistlərə deyib ki, ölkəsinin müdafiəsi bir neçə yüz ispan əsgəri tərəfindən daha da gücləndirilməlidir.
Qəzet bildirir ki, ordunun yerləşdirilməsi 2024-cü ildə baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.