13-07-2023, 22:29 447

Diplomatik xidmət orqanları rəhbərləri

Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi çərçivəsində Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərlərinin Ağdam şəhərinə səfəri təşkil olunub.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfərdə iştirak edən xarici işlər naziri Ceyhun Bayramov, birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Xarici İşlər Nazirliyinin rəhbər heyəti, xaricdəki diplomatik missiyalarımızın rəhbərləri ilk öncə Ağdam Şəhidlər Xiyabanını ziyarət edib, vətən uğrunda canından keçmiş şəhidlərin məzarlarının üzərinə gül dəstələri qoyulub.

Daha sonra "Ağdamın dirçəlişi" adlı tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov, Ağdamın, Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyətindən bəhs edərək, bir zamanlar ölkəmizin ən inkişaf etmiş bölgələrindən biri olan bu gözəl şəhərin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmasının Ermənistanın Azərbaycana qarşı etnik nifrət və dözümsüzlük siyasətinin tərkib hissəsi olduğunu bildirib. Bugün Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qayğısı nəticəsində bütün işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Ağdamın qarış-qarış bərpa edilməsinin diqqət mərkəzində olduğu bildirilib. Mövcud çətinliklər, dağıntıların miqyası və mina təhdidinə baxmayaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərimizin öz yurdlarına layiqli qayıdışı prosesin irəlilədilməsində qərarlı olduğu bildirilib.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulmasından sonra diplomatiyamız qarşısında duran ən vacib məsələnin azad edilmiş ərazilərimizdə təhlükəsizliyə hədə ola biləcək addımların qarşısının alınması və bərpa-quruculuq işləri istiqamətində bütün səylərin səfərbər edilməsi olduğu bildirilib.

Daha sonra çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Növbəti natiq Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi məqsədilə görülən işlər barədə təqdimat edib.

Daha sonra çıxış edən tarix üzrə elmlər doktoru, professor, A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri Mais Əmrahov, Ağdamın, Qarabağın tarixi ilə bağlı mühazirə ilə çıxış edib.

Tədbirdə eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

Səfər çərçivəsində, müşavirə iştirakçıları Ağdamda aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi ilə bağlı fəaliyyət ilə tanış olublar. Tədbir iştirakçıları mina partlayışı tədbirində iştirak ediblər. İştirakçılar Ağdamın tarixi və mədəni irs nümunələri ilə tanış olublar.

Ağdama səfər və “Ağdamın dirçəlişi” tədbiri ilə 11 iyul tarixində öz işinə başlayan diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşıb.

Paylaş

Xəbər lenti

İlon Mask yenidən trilyon dollarlıq sərvətini itirdi Bu gün, 09:48 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı Bu gün, 09:48 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat Bu gün, 09:48 Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 09:48 Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub Bu gün, 09:48 "Yuventus" Kriştiano Ronaldoya olan borcla bağlı qərardan şikayət verib Bu gün, 09:48 Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib Bu gün, 09:48 Mikayıl Cabbarov "Rebuild Karabakh" sərgisinin iştirakçılarına çağırış edib Bu gün, 09:48 Bakının iki rayonunda işıq olmayacaq - Küçələrin adları Bu gün, 08:48 "Barselona" səfərdə qalib gəldi, "İnter" öz meydanında uduzdu Bu gün, 08:48 Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? Bu gün, 08:48 Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib Bu gün, 08:48 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi Bu gün, 08:48 Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb Bu gün, 08:48 AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır Bu gün, 00:48 Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc Bu gün, 00:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb Dünən, 23:48 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq Dünən, 23:48 "Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib Dünən, 23:48 Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? Dünən, 23:48 Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 23:48 Ət bazarında qiymətlər niyə dayanmadan artır? Dünən, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Dünən, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Dünən, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda ikinci qolu vurub Dünən, 22:48 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib Dünən, 22:48 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib Dünən, 22:48 Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı Dünən, 21:49 Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar? Dünən, 21:48 Belçika səfiri Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Çakal bacısına 2 milyon 280 minlik avtomobil hədiyyə etdi Dünən, 21:48 Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı Dünən, 21:48 Müğənni Nəfəs: "Sponsor" sözü bizdə pis səslənib" Dünən, 21:48 İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya Dünən, 21:48 Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib Dünən, 20:48 Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama Dünən, 20:48 Mikayıl Cabbarov: "Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400-dən artıq şirkət fəaliyyət göstərir" Dünən, 20:48 Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Dünən, 20:48 Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Dünən, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Dünən, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Dünən, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Dünən, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Dünən, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Dünən, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR