
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı alınıb”.
"AVESTA.AZ" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, hazırda Dövlət Komitəsinin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir: "11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 6 ay müddətində 4 “açıq qapı günü” keçirilib. Müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.