
İraq İsveçin “Ericsson” telekommunikasiya şirkətinin lisenziyasını ləğv edib.
“AVESTA.AZ” INA agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Kommunikasiya və İnformasiya Təşkilatı bildirib.
Məlumata görə, İsveçin paytaxtı Stokholmda Quran-Kərimə hörmətsizliyə etiraz olaraq İraq hökuməti “Ericsson”un lisenziyasını geri çağırıb.
Xatırladaq ki, İraq hökuməti İsveçin Bağdaddakı səfiri Cessika Svardstromun ölkə ərazisinin tərk etməsinə dair qərar qəbul edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.