
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparmaq niyyətindədir.
Bu barədə “AVESTA.AZ” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.
“Bu axşam Türkiyə Prezidenti Ərdoğanla danışıqlar aparmağı planlaşdırırıq. Müzakirə ediləcək mövzular Qara dəniz regionu, ərzaq təhlükəsizliyi və digər mühüm mövzular olacaq”, - Zelenski videomüraciətində bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.