
Erməni hərbçi naməlum şəraitdə güllə yarasından ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 26-da saat 16:30 radələrində hələlik aydınlaşdırılmamış şəraitdə “N” saylı hərbi hissənin hərbi qulluqçusu Murad Qriqoryan ölümcül güllə yarası alıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.