
Kanadada 1 025 meşə yanğını qeydə alıb, yanan ərazilərin sahəsi 13 milyon hektara çatıb.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada İdarələrarası Meşə Yanğınları Mərkəzi məlumat yayıb.
İyulun sonuna meşə yanğınlarının sayı 991 olub. Hazırda 1 025 ocaqdan 646-sı hələ də nəzarətə götürülməyib, 167-nin qarşısı alınıb, 212-si isə lokallaşdırılıb. Ən çox meşə yanğınları Britaniya Kolumbiyası əyalətində qeydə alınıb.
Bundan əvvəl təbii fəlakətlə mübarizə zamanı iki yanğınsöndürən həlak olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.