
ABŞ Dövlət Departamenti ölkənin Nigerdəki səfirliyinin əməkdaşlarının bəzilərinə və ailələrinə çevriliş səbəbilə ölkəni tərk etmələri barədə göstəriş verib, diplomatik missiya məhdud rejimdə işləməyə davam edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ səfirliyinin nda dərc olunmuş məlumatda deyilir.
Qeyd olunub ki, ABŞ-ın Niameydəki səfirliyi işçilərini müvəqqəti ixtisar edib, normal xidmətləri dayandırıb və yalnız Nigerdəki ABŞ vətəndaşlarına təcili yardım göstərə bilər.
ABŞ diplomatları daha əvvəl amerikalılara cinayət, terror və adam oğurluğu səbəbindən Nigerə gəlməməyi tövsiyə etdiklərini bildiriblər. Onlar həmçinin vurğulayıblar ki, ölkədə baş verən son hadisələr nəticəsində hava nəqliyyatı imkanları ciddi şəkildə məhdudlaşdırılıb.
Dövlət Departamenti Nigerdəki amerikalılara Niameydə zəruri olmayan hərəkətləri məhdudlaşdırmağı tövsiyə edir. Qurum, həmçinin onlara ölkəni tərk etməkdə köməklik təklif edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.