9-07-2022, 10:45 1196

Azərbaycanda Qurban bayramıdır

Bu gün Azərbaycanda Qurban bayramıdır.

Bu il bayram 9-10 iyul tarixlərinə təsadüf edir.

Bu gün məscidlərdə Bayram namazları qılınacaq.

Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 9-dan başlayaraq 3 gün davam edə bilər.

Artıq ikinci ildir ki, Azərbaycan xalqı Qurban bayramını Zəfər abu-havasında qarşılayır və artıq iki ildir bu bayram azad olunan torpaqlarda da qeyd olunur.

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair tövsiyələrini çatdırıb.

Bildirilib ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır.

Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.

Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.

Qeyd edək ki, Аzərbаycаndа Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib. İyulun 9, 10, 11 və 12-si bayramla əlaqədar qeyri-iş günləridir.

Paylaş

Xəbər lenti

Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq Bu gün, 23:48 Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb Bu gün, 23:48 Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur? Bu gün, 23:48 "Euronews": SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir Bu gün, 23:48 Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT Bu gün, 23:48 Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır Bu gün, 22:48 Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var Bu gün, 22:48 Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər Bu gün, 22:48 Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı Bu gün, 22:48 Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? Bu gün, 22:48 CENTCOM rəhbəri danışıqlar üçün Səudiyyə Ərəbistanındadır Bu gün, 21:48 AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar Bu gün, 21:48 Valideynləri gözləyən xərclər və forma QİYMƏTLƏRİ Bu gün, 21:48 Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb Bu gün, 20:48 İranda sünni ruhaninin qətli: Pərdəarxası məqamlar Bu gün, 20:48 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ Bu gün, 20:48 Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? Bu gün, 20:48 Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ Bu gün, 19:48 Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub Bu gün, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər Bu gün, 19:48 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb Bu gün, 19:48 Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən YENİ AÇIQLAMA Bu gün, 19:48 Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 19:48 Fərid Şəfiyevə üç müavin təyin edildi Bu gün, 18:48 Paytaxt sakinlərinin tıxac kabusu: Məktəblər açılır, yollar necə olacaq? Bu gün, 18:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb Bu gün, 18:48 Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar Bu gün, 18:48 Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub Bu gün, 18:48 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var Bu gün, 18:48 ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib Bu gün, 18:48 Səkkiz ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlandı - Ciddi artım Bu gün, 18:48 Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar Bu gün, 17:48 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb Bu gün, 17:48 Hərəkət iflic olur, sürücülər gərginləşirlər: Tıxacın həlli bu dəyişikliklərdədir? Bu gün, 17:48 "Elmlər Akademiyası"ndan "Həzi Aslanov"a ekspres marşrut fəaliyyətə başlayır Bu gün, 17:48 Nazir mərhum prokurorun general oğluna vəzifə verdi Bu gün, 17:48 Fərid Şəfiyev BMTMM sədri təyin edilib - SƏRƏNCAM Bu gün, 17:48 Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müzakirə keçirilib Bu gün, 17:48 Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? Bu gün, 16:48 Bakıda yağış sularının yaratdığı problemlər necə həll olunacaq? – AÇIQLAMA Bu gün, 16:48 Bakıda ərini öldürüb həyətdə basdıran qadına hökm oxunub Bu gün, 16:48 Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu Bu gün, 16:48 Ekrem İmamoğluna hökm oxundu Bu gün, 16:48 Dördüncü İqlim Həftəsi başa çatıb Bu gün, 16:48 Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü üzrə danışıqlara başlayacaq Bu gün, 16:48 İqtisadi Şuranın iclası keçirildi: Taleh Kazımovun məruzələri dinlənildi Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün hava PİS KEÇƏCƏK Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR