
Bakının Binəqədi rayonunda baş vermiş yanğınla bağlı Binəqədi şosesi -“Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə "AVESTA.AZ"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Belə ki, bir qədər əvvəl yanğın hadisəsi səbəbindən Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.
Sürücülər alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməklə hərəkət edirdilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.