
BMT-nin İqtisadi və Sosial Şurasının dərc etdiyi “Dünya Əhalisinin Perspektivləri 2022” hesabatına görə, 2022-ci il noyabrın 15-də dünya əhalisinin sayı 8 milyarda çatacaq.
Hesabatda dünya əhalisi ilə bağlı bir çox təəccüblü məlumatlar və gözləntilər də yer alır.
Avesta.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Türkiyə nümayəndəsi Həsən Möhtəşəmi dünya əhalisinin son 10 ildə bəşəriyyət tarixində ən sürətli artıma malik olduğunu bildirib.
Bu ilin noyabrına qədər dünya əhalisinin 8 milyarda çatacağını vurğulayan Möhtəşəmi bu artımın 11 il sonra baş verdiyini açıqlayıb.
O deyib ki, 2011-ci ildə dünya əhalisi 7 milyard olub: “Dünya Əhalisinin Perspektivləri 2022” hesabatında həmçinin qeyd olunub ki, 2019-cu ildə qlobal ömür uzunluğu 1990-cı illə müqayisədə 72,8 yaşa çatıb. Hesablamalara görə, 2050-ci ilə qədər Afrika qitəsi dünyadakı bütün gənclərin üçdə birinin (15-24) yaşadığı yer olacaq.
Dünya əhalisinin təxminən 60 faizinin payına isə qadınlar düşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.