9-08-2023, 07:35 396

Laçın sakini: “Şükürlər olsun, ocağımıza, güllü-çiçəkli yurdumuza geri dönürük”

“Şükürlər olsun, ocağımıza, güllü-çiçəkli Laçınımıza geri dönürük”.

"Report" xəbər verir ki, bunu Laçın sakini Firuzə Həsənova deyib.

F.Həsənova söyləyib ki, ötən 30 ili Vətən həsrəti ilə yaşayıblar: “Laçından çıxanda 46 yaşım və dörd övladım var idi. Hər biri Laçında dünyaya göz açıb, orada böyüyüblər. Laçından 3 övladımla birgə çıxdıq, ona görə ki, o zaman oğlum müharibədə idi. Oğlum olmadan digər övladlarımla birgə ocağımızdan ayrı düşdük. Ötən bu illəri vətən həsrəti ilə yaşamışıq. Həmişə Laçına qayıdacağımız günü gözləmişik. Laçınla bağlı bütün təəssüratlarımız gözəldir, çünki orada çox gözəl günlər yaşamışıq. Laçınlılar həmişə çox qonaqpərvər, evlərimiz hər zaman qonaqlı-qaralı olub. Laçından gələndə dörd bacı idik, onların ikisi Vətən həsrəti ilə dünyasını dəyişdi, həyat yoldaşım isə artıq bir ildir vəfat edib. Laçından onunla birgə çıxmışdıq. Heyf ki, o bu günü görə bilmədi. Amma sevinirik, mən əminəm ki, onun da ruhu bu gün şaddır, çünki həsrətimiz sona çatır, doğma yurdumuza geri dönürük”.

F.Həsənova həmçinin dövlət başçısına təşəkkürünü bildirib, şəhidlərə rəhmət diləyib:

“Bu gün bu xoşbəxtliyi yaşamaq nəsibimiz olubsa, buna görə müzəffər ordumuza, Ali Baş Komandanımıza borcluyuq. Mən fürsətdən istifadə edib torpaqlarımız uğrunda canından-qanından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların analarının qarşısında baş əyirəm, Allah qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun, arzu edirəm ki, Azərbaycan xalqı həmişə sülh içərisində yaşasın”.

Qeyd edək ki, bu gün daha 93 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş

Xəbər lenti

Hər şeyi sirr saxlayan bürclər açıqlanıb Bu gün, 00:48 Ajda Pekkan bu geyimdə yallı getdi Dünən, 23:48 Meyvə, yoxsa meyvə qurusu: Hansı daha faydalıdır? Dünən, 23:48 Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR Dünən, 23:48 Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat Dünən, 22:48 Çağatay Ulusoy ata yurdunda - ailəsi ilə FOTOSU Dünən, 22:48 Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirə bilər Dünən, 22:48 İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb Dünən, 21:48 Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb Dünən, 21:48 Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib Dünən, 21:48 İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Dünən, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Dünən, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Dünən, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Dünən, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Dünən, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Dünən, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Dünən, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Dünən, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Dünən, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Dünən, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Dünən, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Dünən, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Dünən, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Dünən, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Dünən, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Dünən, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Dünən, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Dünən, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Dünən, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Dünən, 16:48 Əməkdar jurnalist vəfat edib Dünən, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Dünən, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Dünən, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Dünən, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Dünən, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Dünən, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Dünən, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Dünən, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Dünən, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Dünən, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Dünən, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Dünən, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Dünən, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Dünən, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Dünən, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Dünən, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Dünən, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR