10-08-2023, 11:32 544

Sumqayıtda yeni dərs ilinə hazırlıq: qiymətlər neçəyədir? - REPORTAJ

Yeni tədris ilinin başlamasına təxminən bir ay vaxt qalıb. Artıq məktəbli forma və ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara axın başlayıb. Sumqayıt şəhərində də valideynlər 2023-2024-cü tədris ili üçün artıq indidən tədarük görməyə başlayıblar. Demək olar ki, on gündür Bakı Tikiş Evinin (BTE) məhsullarının şəhər ərazisindəki satıldığı mağazalarda hər gün böyük izdiham yaşanır.

"Report"un yerli bürosunun əməkdaşı Sumqayıtda yerləşən məktəbli forma və ləvazimatları mağazalarında olub, satıcı və müştərilərin fikirlərini öyrənib.

Müşahidələr zamanı məlum olub ki, məktəbli forma və ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara tələbat xeyli artıb. Buna baxmayaraq, qiymətdən və məhsulun keyfiyyətindən razı olanlarla yanaşı, narazı qalanlara da rast gəlmək mümkündür.

Alıcı Elçin İsgəndərov deyir ki, məktəbli formalarının materialı çox yaxşıdır. O, həmçinin qiymətlərin bu günün tələblərinə uyğun olduğunu söyləyir: "Düşünürəm ki, qiymətlər baha deyil və məhsulun materialı da keyfiyyətlidir. Neçə gün idi ki, uşaqlara məktəbli formaları almaq istəyirdik. Nəhayət, bu gün gəlib aldıq".

Digər müştəri Xatirə Quliyeva isə məktəbli ləvazimatlarının ötən illə müqayisədə bahalaşdığını bildirib:

"Doğrudur, nəzərə çarpacaq qədər olmasa da, bəzi ləvazimatların qiymətində artımların olduğunu görməmək mümkün deyil. Amma buna baxmayaraq, almalıyıq. Mən övladlarımın ikisinə də həm forma, həm də digər ləvazimatların hamısını artıq aldım".

Bununla yanaşı söhbət əsnasında digər alıcılar valideynləri yeni tədris ili üçün indidən tədarük görməyə çağırıblar. Onlar ötən ilki təcrübələrinə əsasən deyir ki, sentyabrın əvvəllərindən etibarən alıcı qabiliyyəti o qədər çox olacaq ki, mağazalarda rahat şəkildə alış-veriş etmək çətinləşəcək.

Müşahidələr zamanı məlum olub ki, bəzi məktəbli ləvazimatlarının qiymətində artımlar olub. Satıcılar deyir ki, qiymət artımları daha çox kağız məmulatlarını əhatə edir. Onların sözlərinə görə, bu il kağız məmulatlarında qiymət 5-10 qəpik artıb.

Qeyd edilib ki, çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 20-60 manat arasında dəyişir.

Əsas məktəb ləvazimatlarının qiymətlərinə gəlincə, bildirilib ki, dəftərlər 15 qəpik - 2 manat, sadə karandaşlar 10 qəpik -2 manat, rəsm albomları 1-3 manat, sadə qələmlər 10-30 qəpik və 1 manat, rəngli karandaşlar 1-8 manat, pozan 20-50 qəpik, qələmyonan 15 qəpik - 1 manat 20 qəpik, xətkeş 20 qəpik -3 manat, plastilin 1,5- 5 manat, fırça 30-50 qəpik arasında dəyişir.

Satıcılar deyib ki, yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol köynək 17 manat və qısaqol köynək isə 15 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təklif olunur.

Satıcılar həmçinin qiymətlərdə artım ehtimalının hələ ki, olmadığını söyləyiblər.

Paylaş

Xəbər lenti

PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi olub Bu gün, 00:48 Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb Bu gün, 00:48 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Dünən, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Dünən, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Dünən, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Dünən, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Dünən, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Dünən, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Dünən, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Dünən, 21:48 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Dünən, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Dünən, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Dünən, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Dünən, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Dünən, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Dünən, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Dünən, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Dünən, 18:48 "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb Dünən, 18:48 DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Dünən, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Dünən, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Dünən, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Dünən, 16:48 İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir" Dünən, 16:48 Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib Dünən, 16:48 Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? Dünən, 16:48 Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb Dünən, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb Dünən, 15:48 Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib Dünən, 15:48 Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb Dünən, 14:48 Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır Dünən, 14:48 May ayının son gününə olan hava proqnozu açıqlanıb Dünən, 14:48 Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Dünən, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Dünən, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Dünən, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Dünən, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Dünən, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Dünən, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Dünən, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Dünən, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Dünən, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Dünən, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Dünən, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Dünən, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Dünən, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR