
Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) dövlət başçıları Nigerdə mümkün qədər tez hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bunu Fil Dişi Sahili Respublikasının prezidenti Alassan Uattara Abucadan qayıtdıqdan sonra məlumat verib.
“Qərargah rəisləri məsələləri yekunlaşdırmaq üçün daha bir neçə konfrans keçirəcəklər, lakin əməliyyatın mümkün qədər tez başlaması üçün dövlət başçılarının razılığı var”-deyə, o bildirib.
Qeyd edək ki, Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sammitində təşkilata üzv ölkələrin liderlərinə qurumun ehtiyat qüvvələrinin dərhal hazır vəziyyətə gətirilməsi tapşırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.