
Sumqayıtda kafedə yanğın olub.
“AVESTA.AZ”un yerli bürosunun xəbərinə görə, hadisə şəhərin 9-cu mikrorayonundə yerləşən “Zirvə” kafesində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, ətraf obyektlərə keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.