22-08-2023, 14:53 654

Azərbaycan Qızıl Aypara Cəmiyyəti: “Ağdam-Xankəndi yolu ilə istənilən humanitar yükün ermənilərə çatdırılmasına dəstək verməyə hazırıq”

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bəyanat yayıb.

“Report”un xəbərinə görə, bəyanatda deyilir ki, AzQAC 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir:

“AzQAC istər Birinci Qarabağ savaşı dövründə, istər Vətən müharibəsi zamanı və istərsə də COVİD-19 pandemiyası dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində zərərçəkmiş şəxslərə müvafiq humanitar yardımlar göstərmişdir. 30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq qurum respublikada humanitar sahədə kifayət qədər müxtəlif layihələr həyata keçirmişlər.

Təəssüflər olsun ki, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir qərəzki kampaniyanın aparılmasının şahidi oluruq”.

Bunu nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəyan edir:

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Azərbaycan Respublikasının Konstitusiyasına;

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə;

“Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6; 9; 15 maddələrinə;

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə;

Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə;

Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır”.

Sənəddə bildirilib ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur:
“Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir.

Bu humanitar missiyanın həyata keçirilməsi üçün, milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunmuşdur”.

Bu Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli geniş iclasında qəbul olunub.

Paylaş

Xəbər lenti

"İsmayıllı şoru", "İvanovka qatığı" adı ilə alıcılar ALDADILIB Bu gün, 16:51 Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək Bu gün, 16:51 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir Bu gün, 16:50 Noyabrın 9-u bu yollar BAĞLANACAQ Bu gün, 16:50 Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib Bu gün, 16:50 "Global Media Group"da 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşları ilə görüş keçirilib Bu gün, 16:50 83 yaşlı Əlövsət Polad vəfat etdi Bu gün, 16:49 Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib Bu gün, 16:49 Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib Bu gün, 16:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 15:49 Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir? Bu gün, 15:49 Maaşlar artıq SAATLA HESABLANACAQ: Kimlər daha çox qazanacaq? Bu gün, 15:49 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb Bu gün, 15:49 Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər Bu gün, 15:49 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir Bu gün, 15:49 Bu tarixə qədər hava PİS KEÇƏCƏK - XƏBƏRDARLIQ Bu gün, 15:48 Göyçayda Şəhidlər xiyabanına yürüş keçirilib Bu gün, 15:48 Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 günfaizsiz nağd kredit! Bu gün, 15:48 Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi Bu gün, 15:48 "McDonald"s Azərbaycan" və DSMF-nin birgə layihəsi çərçivəsində "Zəfərin varisləri" proqramına start verilir - FOTO Bu gün, 14:48 Azərbaycanda gələn il güzəşt və azadolmaların ümumi məbləği açıqlanıb Bu gün, 14:48 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər Bu gün, 14:48 PAŞA Real Estate Qrup və "Zəfər" İctimai Birliyi Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edib Bu gün, 14:48 İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Bu gün, 14:48 Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub Bu gün, 14:48 Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi Bu gün, 14:48 DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb Bu gün, 14:48 Emin Mahmudov millidə karyerasını başa vurur Bu gün, 13:49 Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirilib Bu gün, 13:49 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub Bu gün, 13:49 Deputat: "Yaxşı olardı ki, kuryerlər vergiyə cəlb olunsunlar" Bu gün, 13:49 Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı Bu gün, 13:49 Yasamalda boru partlayıb - Tədbir görülür Bu gün, 13:49 Yadplanetlilər həqiqətən varmı? - İlon Maskın diqqətçəkən paylaşımı Bu gün, 13:49 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU Bu gün, 13:48 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı Bu gün, 13:48 Pediatrdan mövsümi xəstəliklərlə bağlı ÇAĞIRIŞ Bu gün, 13:48 ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir Bu gün, 13:48 Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək Bu gün, 12:48 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub Bu gün, 12:48 Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək" Bu gün, 12:48 Gökhan Özen: "Gözümdən əməliyyat olundum, dedilər botoks etdirmişəm" Bu gün, 12:48 Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər Bu gün, 12:48 Yasamalda boru partlayıb, su küçəboyu fontan vurur Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər Bu gün, 12:48 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir Bu gün, 12:48 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR