23-08-2023, 15:50 1124

Azərbaycanlı itkinlərin taleyi: Ermənistana “gözün üstə qaşın var” deməyən BQXK

“Beynəlxalq təşkilatlar, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) indiyədək itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində ciddi addım atmayıb, müsbət nəticə verəcək fəaliyyət göstərməyib”.

Bunu “AVESTA.AZ”a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.

O qeyd edib ki, BQXK bütövlükdə humanitar problemləri əhatə etməyə çalışan və bu sahədə fəaliyyət göstərən qurumdur. Dövlət konkret faktlarla bağlı BQXK-yə müraciət edir və bundan sonra komitə hərəkətə keçir: “Ancaq reallıq bundan ibarətdir ki, BQXK ötən 30 il ərzində itkin düşən azərbaycanlılarla bağlı bir sıra aşkar faktların üzərindən sükutla keçib. Ermənilər heç bir xəstəliyi, yarası olmayan azərbaycanlıları girov götürüblər, yaxud belə şəxslər düşmənə əsir düşüb. Azərbaycan bununla bağlı məlumatları və faktları BQXK-ya təqdim edib. Ancaq komitə heç bir tədbir görməyib, əsir və girov şəxslərin Azərbaycana qaytarılması istiqamətdə addım atmayıb. Söhbət məhz müharibə əsirlərindən gedir”.

Ekspert söyləyib ki, əsir və itkin düşmüş şəxslərin taleyi, hüquqları ilə bağlı beynəlxalq məhkəmədə məsələ qaldırılmalıdır.

Onun fikrincə, nəticə əldə etmək üçün işi sistemli qurmaq lazımdır:

“Doğrudur, beynəlxalq ictimaiyyətə itkinlərlə bağlı müraciət edirik, müxtəlif platformalarda məsələni gündəmə gətiririk. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanat verib. Amma fikrimcə, nəticəyə məhz məhkəmə vasitəsilə nail olmaq mümkündür. Çünki bu istiqamətdə müxtəlif konvensiyalar var, həmin konvensiyalar Ermənistanı beynəlxalq məhkəmələr vasitəsilə bu barədə məlumat verməyə məcbur edər. Girovlar, itkin düşmüş vətəndaşlarımız haqqında məlumatı birbaşa əldə etmək üçün onların müharibədən sonrakı taleyi barədə məsələni BMT-yə çıxarmaq lazımdır. Bu istiqamətdə Azərbaycan XİN və ya Baş Prokurorluq səy göstərməli və məhkəmə keçirilməsinə nail olmalıdırlar”.

S.Məmmədli bildirib ki, Azərbaycanda bu praktika çox zəifdir:

“Ekoloji terrorla bağlı müraciət etmişik, mədəni irsin dağıdılması ilə bağlı iddia qaldırılıb, amma işğal faktı ilə əlaqədar bütövlükdə müraciət etməmişik. Beynəlxalq təcrübədə belədir ki, məhkəmələrə ayrı-ayrı konvensiyalara görə müraciət etmək olur, ümumi şəkildə müraciət etmək beynəlxalq praktikada tətbiq olunmur. İnsanların yaşamaq hüququ var. Bu maddə ilə biz indiyədək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməmişik, amma etməliyik. Məhkəmələrdən kənar gərək ancaq Ermənistanın xoş niyyəti olsun. Həqiqətən, sülhə, qonşuluq siyasətinə hörmətlə yanaşsın ki, bu addımı atsın. Hazırda isə Ermənistan sadəcə manipulyasiya ilə məşğuldur”.

Ekspert onu da qeyd edib ki, Qarabağla bağlı dünya dövlətləri - ABŞ və başda Fransa olmaqla Qərb ölkələri həmişə ikili münasibət sərgiləyirlər:

“Ermənistana daim himayədarlıq edirlər. O da bu himayəyə arxalanır. Digər tərəfdən isə Ermənistan bilir ki, kütləvi məzarlıqların olduğunu qəbul etsə, cinayəti boynuna almış kimi görünəcək, ona görə də daim boyun qaçırır. Amma çox təəssüf ki, beynəlxalq ictimaiyyət də məsələyə laqeyd yanaşır. I Qarabağ müharibəsində əsir düşmüş və girov götürülmüş vətəndaşlarımızın sağ-salamat olmaları haqqında beynəlxalq mətbuatda bir neçə dəfə məlumat gedib. Məsələn, vaxtilə əsir götürülmüş Natiq Qasımov haqqında geniş məqalə yayımlanmışdı. Fransa mətbuatı da bu haqda yazmışdı. Amma sonra bu əsirin taleyi barədə heç bir məlumat verilmədi.

Türkiyə jurnalistləri bir neçə il əvvəl material dərc etmişdilər ki, Zod qızıl yatağında Azərbaycan əsirlərinin əməyindən istifadə edilir. Ermənistan isə bunu da təkzib edir, kütləvi məzarlıqların harada olması barədə də məlumatının olmadığını iddia edir. Amma biz bilirik ki, bizim nə qədər insanımız Şuşa həbsxanasında saxlanılıb. Orada isə hər şey qeydiyyata salınırdı. Onların dili ilə desək, həbs olunan şəxslər haqqında bütün məlumatlar sənədlərdə əks olunurdu. Yəni Ermənistan bu informasiyanın böyük hissəsinə malikdir. 3900 nəfərin taleyi haqqında materialın olmaması mümkün deyil. Bəzi xarici informasiya vasitələrində hətta belə məlumatlar əks olunurdu ki, Livanda olan orqan mafiyası bizim itkin düşmüş insanlarımızdan istifadə etməyə çalışıb”.

S.Məmmədlinin fikrincə, Ermənistan nə sülh müqaviləsi bağlamaq, nə də qonşuluq siyasəti yürütmək istəyir:

“Xarici ölkələrin təhriki ilə revanş haqqında düşünür. Bunlar boş xülyalar olsa da, vaxt gedir, məsələ uzanır. Beynəlxalq güc mərkəzləri - ABŞ, Aİ, Rusiya həmişə işğalçı ilə işğala məruz qalan tərəfi bərabər tuturlar. Ona görə də Azərbaycan XİN məsələ qaldırmalıdır. BMT qətnamələri var və orada da yazılır ki, erməni silahlı dəstələri çıxarılsın, girov götürülmüş insanlar azad edilsin. Amma bunlara riayət olunurmu? Xeyr. Güc mərkəzləri təəssüf ki, Azərbaycana ikili münasibət göstərirlər. Ukraynada hazırda müharibə gedir, amma artıq beynəlxalq tribunaldan danışırlar, Rusiyanın əraziləri bərpa etməyə məcbur edilməsi müzakirə edilir. Ermənistanla bağlı isə beynəlxalq güc mərkəzləri belə məsələlər qaldırmırlar. Qarabağ müharibəsi ilə əlaqədar beynəlxalq tribunalın yaradılması məsələsi bu günə kimi gündəmə gəlməyib. Amma bu yaradılmalı, canilər beynəlxalq axtarışa verilməli və işğal, təzminat, insanlara işgəncə verilməsi kimi faktlar sistemli şəkildə gündəmə gətirilməlidir”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb.

Paylaş

Xəbər lenti

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Dünən, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Dünən, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Dünən, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Dünən, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Dünən, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 17:48 İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib Dünən, 17:48 Çin XİN başçısı Azərbaycana səfər edəcək Dünən, 17:48 Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib Dünən, 17:48 Anar Hacıyev "Qarabağ"dakı vəzifəsindən ayrılıb Dünən, 17:48 Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək Dünən, 17:48 Ucarda sərnişin avtobusu yandı Dünən, 17:48 Dağıdılan kənd, yurdundan qovulan insanlar: Böyük Məzrənin ağrılı keçmişi Dünən, 17:48 "Barselona" Dani Olmonu satmaqdan imtina edib Dünən, 17:48 Məktəbli qızların geyimi: Valideynin inancı, uşağın seçimi, yoxsa dövlətin qaydaları? Dünən, 17:48 "Çoxları bu böyük səhvi edir" - Tanınmış həkim xəbərdarlıq etdi Dünən, 17:48 Məktəbin qarşısında dini radikal şüarlar səsləndirildi - Uşaqları alət etdilər Dünən, 16:48 Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR