23-08-2023, 16:46 688

Daşaltıda meyitinin qalıqları tapılan şəxsin anası: “İndi heç olmasa oğlumun məzarı var”

“Oğlumun itkin düşməsindən 31 ildən çox vaxt keçmişdi. Onu sağ görəcəyimə, yaxud meyitinin tapılacağına, taleyi barədə dəqiq məlumat alacağıma ümidimi itirmişdim”.

Bunu “AVESTA.AZ”un Yuxarı Şirvan bürosuna açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş və 31 ildən sonra meyiti tapılan Baba Mikayılovun anası Mələksima Mikayılova bildirib.

O söyləyib ki, bir ana üçün övlad itirmək çox ağır dərddir, övladın itkin düşməsi, taleyinin bilinməməsi, məzarının olmaması isə heç vaxt sağalmayan yara, çəkilməsi mümkün olmayan dərddir.

“Həyat yoldaşım həmişə mənə deyirdi ki, ömrümə çox az qalıb, Babanın taleyi barədə heç bir şey bilmədən, övladımızın nisgili ilə bu dünyadan köçəcəm, amma sən sağkən oğlumuz sonrakı taleyi barədə, öldüyünü, yoxsa sağ olduğunu biləcəksən. Bu, məlumat mütləq gələcək”, - 31 il gözləri övlad yolunda olan ana bildirib.

M.Mikayılova deyib ki, oğlunu tez-tez yuxuda görürmüş: “Hətta bir ara Babanın sağ olduğu barədə ümid yaranmışdı. 31 ildir oğlumdan bir xəbər gözləyirdik. Bu illər ərzində getmədiyimiz yer, döymədiyimiz qapı qalmamışdı.

Oğlumun meyitinin qalıqlarının tapılması barədə xəbəri eşidəndə həyəcandan özümü itirdim, həyat yoldaşımın sözü yadıma düşdü. Dedim ki, bu Allahın möcüzəsidir”.

O qeyd edib ki, 9 övladı olub, Baba onlardan 7-cisidir: “Allah heç bir valideynə övlad itkisi yaşatmasın. Bu illər ərzində çox əziyyətlər çəkmişəm. Həyat yoldaşım oğlumun həsrətinə dözmədi və 2001-ci ildə 69 yaşında dünyasını dəyişdi. Artıq indi mənim gözüm yollardan çəkilib. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısının siyasəti nəticəsində işğal altındakı torpaqlarımız, o cümlədən oğlum Babanın itkin düşdüyü Daşaltı kəndi düşmən tapdağından azad olundu, övladımın taleyinə aydınlıq gətirildi. Allah Prezidentimizin köməyi olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində 31 illik övlad həsrətimə son qoyuldu. İndi heç olmasa bir məzarı var, gedib üstündə ağlayıb təsəlli tapacam”.

Qeyd edək ki, Mikayılov Baba Balakişi oğlu 1969-cu il sentyabrın 22-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

1992-ci ilin yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb.

Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ekspertiza zamanı meyit qalıqlarından birinin B.Mikayılova məxsus olduğu təsdiqlənib.

Şəhid avqustun 23-də Şamaxı rayonunun Göylər kəndinin qəbiristanlığında dəfn olunub.

Paylaş

Xəbər lenti

Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək Bu gün, 11:48 Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir" Bu gün, 11:48 Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu Bu gün, 11:48 Bu gün Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür Bu gün, 11:48 Sevda Yahyayevanın qayınanası: "O mənim qızımdır" Bu gün, 11:48 "Borussiya Dortmund"dan Bakı Olimpiya Stadionu ilə bağlı məzəli paylaşım Bu gün, 11:48 ANAMA ilə BMT arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 11:48 ARDNF-in aktivləri 74 milyard dollardır Bu gün, 11:48 Məşhur modelin təəccübləndirən gözəllik sirri: "Bizon və maral əti yeyirəm" Bu gün, 11:48 Səidə Dadaşova: "Onlarla eyni səhnədə çıxış etməyə utanıram" Bu gün, 11:48 ARDNF 9 ayda AÇG-nin işlənməsindən 6,5 milyard manatdan çox gəlir əldə edib Bu gün, 11:48 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi Bu gün, 11:48 Qonaqlara iylənmiş ətdən yemək verən şadlıq sarayı ilə bağlı qərar verildi Bu gün, 11:48 "Kupça"sız evə bu yolla sənəd almaq olar Bu gün, 10:48 Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib Bu gün, 10:48 Məşhur meyxanaçı vəfat etdi Bu gün, 10:48 Qərbi Azərbaycan həqiqətləri: Əkərək kəndinin tarixi və demoqrafiyası Bu gün, 10:48 XRİTDX rəis müavini: "Rəqəmsal təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq vacibdir" Bu gün, 10:48 Donald Tramp: "Paris tezliklə müsəlman şəhərinə çevriləcək" Bu gün, 10:48 Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI Bu gün, 10:48 Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var Bu gün, 10:48 Təcili yardım beyninə qan sızan xəstənin çağırışına niyə gəlməyib? - TƏBİB açıqladı Bu gün, 10:48 Uşaq meydançasında təhlükəli çökmə Bu gün, 09:48 Dünya bazarında "Brent" və "WTI" neftinin qiyməti bahalaşdı Bu gün, 09:48 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar Bu gün, 09:48 Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib Bu gün, 09:48 DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib Bu gün, 09:48 Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə SES tikilir Bu gün, 09:48 Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR Bu gün, 08:48 Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var Bu gün, 08:48 "Sabah" Bakıda "Borussiya Dortmund"la qarşılaşacaq Bu gün, 08:48 "Kızılcık şerbeti"ndən uzaqlaşdırıldı Bu gün, 08:48 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama Bu gün, 08:48 Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır Dünən, 23:48 Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Dünən, 23:48 Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI Dünən, 23:48 Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək Dünən, 23:48 Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF Dünən, 23:48 Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib Dünən, 23:48 Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılış mərasimindən paylaşım edib Dünən, 22:48 Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb Dünən, 22:48 Tanınmış həkim dünyasını dəyişdi Dünən, 22:48 Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi Dünən, 22:48 Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR