
Əməkdar artist Fərqanə Qasımova ailə həyatı quran qızı Fatiməyə toy hədiyyəsi edib.
Avesta xəbər verir ki, sənətçi instaqram hesabında övladı Fatimənin toyu zamanı anasının ifasının sədaları altında zala daxil olduğu videonu yayımlayıb.
Əməkdar artist sözügedən görüntülərə "Qızıma hədiyyəm mahnımla gəlişi oldu" şərhini əlavə edib.
Qeyd edək ki, Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə həyatı qurub. İki gün əvvəl cütlüyün qız toyu keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.