
ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Karib dənizi mədəniyyətinə həsr olunmuş parad zamanı atışma olub, hadisə nəticəsində azı 7 nəfər yaralanıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə CNN yerli polisə istinadən məlumat yayıb.
Zərərçəkənlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Polis bir neçə nəfəri saxlayıb və onlardan odlu silahlar müsadirə edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.