29-08-2023, 15:50 644

Paşinyan Serj Sarqsyanı bitirmək niyyətindədir - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanla eks-prezident Serj Sarqsyan arasında uzun müddətdir davam edən qarşıdurma yeni mərhələyə qədəm qoyub. Bu dəfə Paşinyanın hədəfi Serjikin kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan olub. Minasyan 870 min dollar məbləğdə pulun mənimsənilməsində ittiham edilir. Prokurorluğun ittiham aktına görə keçmiş səfir cinayət yolu ilə əldə etdiyi sərvəti qanuniləşdirərək gəlir kimi hesablarına köçürüb. Əslində açılan cinayət işinə başqa prizmadan, Paşinyanın Sarkisyana qarşı 2018-ci ildən elan etdiyi “müharibə” prizmasından yanaşmaq lazımdır.

2018-ci ildə Sorosun dəstəyi ilə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanı istefaya məcbur edən Paşinyan bununla Qarabağ klanına qarşı səlib yürüşünə başlamışdı. Baş nazir postuna yiyələndikdən sonra isə korrupsiya ilə mübarizəni Ermənistanda ən çox müzakirə edilən mövzu elan edən Paşinyan bunu əlində bəhanə tutaraq Serjik və onun doğmalarına, yaxınlarına qarşı hücuma keçmişdi. İlk olaraq Serjin işçiləri, qohumları istintaqa dəvət edilir, onların ofislərində və evlərində axtarışlar aparılırdı. Hətta Sarkisyanın iki qardaşı, mühafizəçisi, Respublika partiyasının elitasının üzvləri də Nikolun qəzəbinə tuş gəlmişdi. 2018-ci ildə “Григорий Просветитель” tibb mərkəzində səhiyyə nazirliyi araşdırmalara başladı. Bu müəssisə Serjin yaxın adamı Ara Minasyana məxsus idi. Ardınca isə Sejin qardaşı Levon Sarkisyanın rəhbəri olduğu “Pünik” xeyriyyə fondunda araşdırmalar aparıldı. Levon vergidən yayınmada ittiham edildi. Serjin digər qardaşı Aleksandrın da sahibi olduğu iki şirkət 2 milyon dolları qeyri-qanuni yolla əldə etmə ittihamı ilə bağlandı. Aleksandr bu ittihamı rədd etsə də, bir neçə gün sonra İrəvanın mərkəzində mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşları onun avtomobilindən silah da tapdılar.

Təqiblər bununla bitmədi. Serjin mühafizəçisi, general-mayor Vaçahan Kazaryan da qeyri-qanuni yollarla pul əldə etmə ittihamı ilə saxlanıldı. Onun 900 min dolları mənimsədiyi bildirildi. Eyni zamanda mühafizəçinin 3 milyon dolları nağdlaşdırmağa cəhd etdiyi də hüquq-mühafizə orqanları tərəfindən elan edildi.

Göründüyü kimi, Paşinyan əlindəki rıçaqlardan istifadə edərək Serji müxtəlif yollarla həbsə atmaq, ətrafındakıları da müxtəlif ittihamlarla neytrallaşdırmaq niyyətində olub. Çünki Serjin azadlıqda qalması Paşinyan üçün təhlükə mənbəyi idi. Sirr deyil ki, Serj Sarkisyan da Qarabağ klanının üzvüdür və Ermənistanda, diasporda kifayət qədər nüfuzu var. Eyni zamanda Qarabağdakı separatçı ermənilərə də müəyyən təsir rıçaqları mövcuddur. Arayiklə münasibətlərinin getdikcə pisləşməsi, Ermənistanda hökm sürən xaos və etirazlar fonunda Paşinyan belə bir rəqibinin azadlıqda qalmasını həzm edə bilməz. Elə bu səbəbdən Serji siyasətdən uzaqlaşdırmaq üçün barəsində 2019-cu ildə cinayət işi açıldı. Məhkəmənin qərarı ilə istintaq davam edirdi və Serjik Ermənistanı tərk etsə, onu 7 il müddətinə həbs gözləyirdi. Paşinyanın Serjə qarşı mübarizəsi bununla bitmirdi. Zaman-zaman Sarqsyanın ailəsi də hədəf alınır, hətta qızları da qanunsuz əmlak sahibi olmaq ittihamı ilə hakim qarşısına çıxarılırdı.

Siyasi rəqibini neytrallaşdıran Paşinyan məhkəmə şousu ilə Qarabağ klanının ümidlərindən sayılan Serji aktiv siyasətdən uzaq tutmağa nail ola bilmişdi.

Ötən aylarda İrəvanda baş verən etiraz fonunda Sarqsyan bəxtini yenidən sınamaq qərarına gəldi. Eyni zamanda Xankəndi şəhərində separatçı Arayik və dəstəsinin aktivləşməsi də Serjikin iştahını artırdı. Bu səbəbdən Sarqsyan ATƏT-in Minsk qrupuna üzv ölkə rəhbərlərinə açıq məktub ünvanladı. Açıq məktub erməni KİV-lərində yayımlandıqdan dərhal sonra Serjə yaxınlığı ilə tanınan politoloqlar da hərəkətə keçdilər. Tiqran Abramyan, Artak Zakaryan gecəni yatmadan mövzu ilə bağlı müxtəlif açıqlamalar verərək sanki “mən də burdayam” mesajı verdilər. Sözügedən şəxslər Serjin müdafiəçiləri sayılırlar və onunla bağlı istənilən hadisədə xüsusi aktivlik, canfəşanlıq göstərirlər. Görünür, Serj hakimiyyətə qayıtmaq xülyasından onlara da pay söz verib.

Qarabağ klanını yenidən aktivləşdirmək, hakimiyyətə yiyələnmək, sülh müqaviləsi imzalanmasını gecikdirmək Sarqsyanın əsas arzusudur. Görünür, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar Serjikin yuxusunu ərşə çəkib. Çünki sülh müqaviləsi imzalandıqdan sonra separatçı və quldur, müharibə cinayətlərinə imza atmış Qarabağ klanı üçün yolun sonu görünəcək. O son isə yaxındadır.

Amma məktub Serjin gözlədiyi effekti vermədi və erməni KİV-lərində 3-5 çeynənmiş fikirdən o yana keçmədi. Serj bir müddətlik fasilə vermək qərarına gəldi. Son günlər isə Ermənistanı yenidən bürüyən etiraz, müxalifətin aktivləşməsi, sentyar ayına kütləvi mitinqlərin təyin edilməsi məsələsində Sarqsyanın da barmağının olması Paşinyanın nəzərindən yayınmayıb. Bu səbəbdən Serjə qarşı məhkəmə rıçaqı yenidən işə salınıb. Yuxarıda da qeyd etdiyimiz kimi, bu dəfə hədəf Minasyandır. O Minasyan ki, uzun müddət Vatikanda Ermənistanın səfiri postunu tutub və Paşinyan siyasətini tənqid yox, təhqir etməklə tanınır. Minasyan “Dzor İES”in satışı ilə bağlı açılan cinayət işi çərçivəsində istintaqa cəlb edilib. Bu iş 2020-ci ildə açılıb və keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı bu məsələdə hallanıb.

Ermənistanda son dövrlər Rusiyaya qarşı yeni kampaniyaya start verilməsi fonunda Serji sıradan çıxarmaq istəyi başadüşüləndir. Çünki Serj Sarkisyan müsahibələrində dəfələrlə Nikol Paşinyanı Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham edib. Dəfələrlə açıqlamalarında Rusiya ilə münasibətlərdən bəhs edən Sarqsyan bununla da şimaldakı müəyyən dairələrə mesaj ötürür, dəstək axtarırdı. Deyəsən hətta o dəstəyi tapmışdı da.

Son baş verən hadisələr isə eks-prezidentin yenidən hakimiyyətə yiyələnmək arzusunu alovlandırıb. Bu məsələdə həm Rusiyadakı dayaqlarından, həm də Avropadakı dayaqlarından istifadə etmək üçün hərəkətə keçəcəyi gün kimi aydındır. Paşinyan isə Serjin bu arzusunu növbəti dəfə ürəyində qoymaq üçün ilk olaraq Avropadakı dayaqlarını sarsıtmaq qərarına gəlib. Həm Vatikanda, həm də Avropada “yaxşı dostları” olan Minasyan Serjin kürəkəni olduğu üçün Paşinyanın qəzəb oxuna tuş gəlib. Görünür, Paşinyan bu dəfə konkret olaraq Serji tam tərki-silah etmək, sonra isə onu həbsə göndərmək niyyətindədir. Həm də Paşinyan Minasyana qarşı qaldırtdığı cinayət işi Serjə bir mesaj da sayıla bilər. Baş nazir eks-prezidentə “əlimdə kifayət qədər material var, kürəkəninlə başlayıb səninlə bitirə bilərəm” mesajını da ötürmüş sayılır. Bununla da sentyabrda başlaması planlaşdırılan mitinqlərdə Serjin namizəd kimi, lider kimi ortaya atılmasının qarşısını almış sayıla bilər. Zatən erməni müxalifətinin liderlərindən sayılan Armen Aşotyan artıq həbsdədir. Koçaryanın başı isə ailəsinin əmlakına qoyulan həbsə qarışıb. Erməni müxalifətinin isə Taquhi Tovmasyan, İşxanyan, Andranik Tevonyan kimi orta səviyyəli “liderlər”ə ümid etməkdən başqa çarəsi qalmayıb...

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR