
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri iki gün davam edəcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, H.Fidan sabah, avqustun 31-də Rusiyaya gedəcək. Səfər sentayabrın 1-dək davam edəcək.
Türkiyə XİN başçısı səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Tərəflər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.