7-09-2023, 16:58 584

İslamofobiya Fransa cəmiyyətini ikiyə bölüb: Makron müsəlmanlardan qisas alır - ŞƏRH

Avropada islamofobiya və islamofob meyillər artmaqdadır. Müxtəlif ölkələrdə məscidlərə hücumlarla yanaşı, karikaturalar yayımlanır, müsəlmanların müqəddəs kitabı yandırılır. Demokratiyadan dəm vuran Avropa ölkələri, cəm olduqları təşkilatlar isə prosesi pisləyən hər hansı bir bəyanat və sərt çıxışlar səsləndirmirlər. Əksinə, çirkin və iyrənc kampaniyanı ifadə, söz azadlığı ilə pərdələməyə çalışırlar. Belə hallar təşviq edilməklə yanaşı, bu aktları törədənlər hətta mühafizə olunur və cəzasız qalırlar.

Avropada islamofob halların artmasında Fransa flaqman rolunu oynayıb. Məhəmməd peyğəmbərin karikaturasını ilk yayan ölkə də məhz Fransa olub. Bu ölkənin “Charlie Hebdo” jurnalının atdığı addımın hədəfi öncədən bəlli idi - İslam dəyərlərini təhqir etmək, islamofobiyanı qızışdırmaq və bununla da müsəlmanları təxribatlara çəkmək. Ölkədə son dövrlər müsəlmanların ibadət azadlığını məhdudlaşdıran həddən çox qanun da qəbul edilib. Bu qanunlar ölkədə müsəlmanlara münasibətin hansı səviyyədə, islamofobiyanın nə qədər güclü olduğunu əks etdirir.

Yeri gəlmişkən, Fransada müsəlmanlara və digər dinlərdən olan insanlara qarşı ayrı-seçkilik pik həddə çatıb. Bu ay qüvvəyə minən mürtəce qanunla orta məktəb rəhbərləri yeni təhsil ilinin ilk günündə məktəbliləri evlərinə geri qayıtmağa məcbur ediblər. Səbəb də məktəbli qızların əbayələri çıxarmaması olub. Geyimlərini çıxarmaqdan imtina edən qızlara məktub təqdim olunub və orada bildirilib ki, sekulyarizm - məhdudiyyət deyil, azadlıqdır. Məktub təhsil naziri Qabriel Abayın adından təqdim olunub. Nazir hətta xəbərdarlıq da edib - əgər qızlar təkrar məktəbə əbayədə gəlsələr, onlarla “söhbət başqa cür olacaq”. Avqust ayında hakimiyyət orqanları məktəblərə müsəlman geyimində gəlmələrinə qadağa tətbiq etsə də, ayın əvvəlində 300-dən artıq qız təhsil müəssislərinə həmin geyimdə gəliblər.

Fransa hökumətinin illər sonra belə bir qərar qəbul etməsinin səbəbləri bəllidir. Əlcəzairəsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra miqrantların etirazları bütün ölkəni bürüdü. Makron ölkəni bir-birinə vuran irimiqyaslı aksiyalar zamanı bəyan etmişdi ki, bunlar cavabsız qalmayacaq və proseslər də göstərir ki, vədinə sadiq qalıb. Sərt antimiqrant dəyişikliklər həyata keçirən və mühacir qəbulu qaydalarını sərtləşdirən Prezidentin növbəti addımlarından biri də müsəlman məktəbli qızlara qarşı olub. Prezident onları “azlıq” adlandırıb, əlavə edib ki, “onlar respublika və sekulyarizmə zərbə vururlar”. İddia edib ki, bu geyimlərlə məktəblərdə görünmək mənfi nəticələrə gətirib çıxarır. Misal kimi də 2020-ci ildə müəllim Semuel Petinin öldürülməsini göstərib. Həmin şəxs dərs zamanı Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.

Makronun niyə məhz indi müsəlmanlara qarşı hücuma keçməsinin səbəbləri bəllidir. Fransa lideri müsəlman ölkələrində artan antifransız əhvali-ruhiyyəyə bu formada reaksiya vermək fikrinə düşüb. Makronu narahat edən həm də odur ki, son vaxtlar Fransa məktəblərində ənənəvi İslam geyiminin əvəzinə əbayə geyinən qızların sayı artıb.

E.Makronun göstərişi ilə həyata keçirilən bu sərt qaydalar cəmiyyətdə ikitirəlik yaradıb. Gözlənildiyi kimi, bunlar Fransa Müsəlmanları Assosiasiyasının sərt təpkisi ilə üzləşib. Assosiasiya Fransanın ali məhkəməsi – Dövlət Şurası qarşısında qərarın qanunsuz olduğu barədə vəsatət qaldırıb. Ölkədə bir çox İslam təşkilatını birləşdirən Fransa Müsəlmanları Şurası (CFCM) bəyan edib ki, özlüyündə geyim heç bir dini mənsubiyyəti əks etdirmir. Şura əbaya qadağa qoyulmasını “ayrı-seçkiliyin yüksək riski” adlandırıb, bunun ölkədə ciddi narazılıqlara, hətta vəziyyətin nəzarətdən çıxacağına səbəb olacağından narahatlığını ifadə edib.

Məsələ qeyri-müsəlmanlar arasında da ciddi narazılıq doğurub, yay tətilindən sonra Fransa siyasətinin əsas dominant mövzusuna çevrilib. Hökumətin hədəfi bəllidir - radikal sağ qüvvələrin lideri Marin Le Penlə rəqabətə girmək, onun tərəfdarlarını öz tərəfinə çəkmək. Bu versiya inandırıcı səslənir. Belə ki, sağlar hökumətin bu barədə qərarı çıxarkən onu dəstəklədilər. Hakimiyyət 2027-ci il seçkilərində irəli sürəcəyi liderin nəyin bahasına olursa-olsun qalib gəlməsinə çalışır. Lakin məsələ ondadır ki, sağlar hökumətlə bir olsalar da, sollar, mərkəzçilər və nüfuzlu alimlər hakimiyyətin bu addımını sərt tənqid edib.

"France Insoumise" hərəkatını parlamentdə təmsil edən deputat Klementinu Oten bu addımı vətəndaşların dini azadlıqlarına müdaxilə cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, hökumətin bu addımı müsəlmanlara qarşı xarakterik haldır. Bir sıra nüfuzlu alimlər də hökumətin addımını qeyri-məhsuldar hərəkət kimi xarakterizə ediblər. “Bu, bütövlükdə müsəlmanlara ciddi zərbə olacaq. Onlar stiqmatizasiyanı hiss edəcəklər. Bu, həqiqətən də biabırçılıqdır”, - deyə sosioloq Anyes de Feo bəyan edib.

Beləliklə, qəbul olunan qanun və sərt qaydalar islamofob halların daha da artacağına səbəb olacaq. Hakimiyyətin bu addımı cəmiyyətdə narazılıqları nəinki azaldacaq, əksinə, insanların qəzəb və nifrət hissini daha da gücləndirəcək.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR