
Liviyada daşqın qurbanlarının sayı 250 nəfərə çatıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin Benqazidəki nümayəndəliyindən bildiriblər.
Daha 150 nəfərin itkin düşdüyü bildirilir.
Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran "Daniel" siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.