
“Cənubi Qafqazda təhlükəsizliyin qorunması vacibdir”.
“Report” xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçirilən müzakirələr zamanı Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Əhməd Əli Əl-Sayeğ deyib.
Onun sözlərinə görə, konstruktiv dialoqa sadiqlik vacibdir:
“Eskalasiyadan qaçmaq lazımdır. Bu gün Azərbaycanın Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə görüş keçirilib və ümid edir ki, bu görüş gələcəkdə də mübahisələrin nizamlanmasına yardım edəcək”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.