
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Özbəkistanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-27-də Sankt-Peterburq şəhərində işgüzar səfərdə olacaq”, - məlumatda deyilir.
Qeyd olunub ki, tədbir iştirakçıları MDB çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsinin aktual məsələlərini müzakirə edəcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.