5-10-2023, 13:50 1118

Türkiyə düşmənlərinin 100 yaşlı cümhuriyyətə qarşı yeni silahı - terror - ŞƏRH

Bir əsrdən artıqdır türk düşmənləri müxtəlif bəhanələrlə Türkiyəni parçalamağa, onu zəif, asılı vəziyyətə salmağa çalışırlar. Osmanlı dövlətini parçalayanlar yerində qurulan Türkiyə Cümhuriyyətindən də ehtiyat edirlər. Onun güclənməsinə hər vasitə ilə mane olmağa səy göstərirlər.

Uzun illər Türkiyədə hərbi çevrilişlər təşkil etməklə ölkənin güclənməsinə, inkişaf etməsinə problemlər yaşatdılar. Ölkədə sağçılar, solçular arasında qarşıdurma yaradıldı. Cəmiyyəti siyasi-ideoloji baxışlarına görə parçalamağa cəhd göstərdilər. Bu, nəticə verməyəndə dini-ideoloji təşkilatlar yaradıb, Türkiyənin dindar ictimaiyyətinə inamsızlıq təbliğ edildi. Bütün bunların faydasız olduğunu görən xarici qüvvələr etnik qrupları Türkiyəyə qarşı qaldırdılar. Erməni etnik qrupu Osmanlı dövləti dövründə guya törədilmiş “qondarma soyqırımı” məsələsi ilə türklərə qarşı təbliğata başladılar.

1960-cı ildə Adnan Menderesin baş nazir hökuməti hərbi yolla devrildikdən və edam olunduqdan sonra Türkiyəyə qarşı yeni hücuma başladılar. 1965-ci ildən "erməni soyqırımı” iddiaları ifadəsi gündəmə gətirildi. Kilsənin irəli sürdüyü iddialar ABŞ və Avropada erməni lobbisinin dəstəyi ilə kampaniyaya çevrilib. Təəssüf ki, bir sıra dövlətlərin parlamentləri bu saxtakarlığı tanıyıb. Həmin dövlətlər ermənilərin bu uydurmalarından Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq istifadə etməyə səy göstərib. Başqa sözlə, Osmanlıya qarşı başlamış türk düşmənçiliyini ermənilərin saxta, hikkəli iddiası ilə davam etdirirlər. Demokratik, dünyəvi Türkiyə Cümhuriyyətini beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün türk düşmənləri fəaliyyətlərinə ara vermirlər.

Türkiyədə sol düşüncəli vətəndaşların olduğunu görüb bu istiqamətdə yeni “təşkilatlar” yaratdılar. Düşmənləri bu dəfə ona qarşı terror silahından istifadə etməyə başladır. 1978-ci ildə yaradılmış PKK terror qruplaşması belələrindəndir. 1979-1980-ci illər arasında PKK Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda Bucak tayfasına və bölgədəki mülki insanlara qarşı silahlı hücumlar həyata keçirdi. 1980-ci il sentyabrın 7-də isə bu qruplaşma leytenant İlyas Bayraktutarı müxtəlif işgəncələrlə qətlə yetirdi. Təşkilat hesab edir ki, kifayət qədər maliyyə dəstəyi var və kifayət qədər silahlı potensialına malikdir. Təxminən 43 ildir terrorçu PKK və ona bağlı qanunsuz silahlı dəstələr Türkiyənin təhlükəsizlik qüvvələrinə və mülki vətəndaşlarına hücumları davam edir.

Son 20 ildə rəsmi Ankara bu silahlıların fəaliyyətini dayandırmaq üçün mümkün vasitələrdən istifadə edir. Onlara silah-sursat və siyasi dəstək verənlər də tapılır. Türkiyə təkcə daxildə və sərhədləri yaxınlığında antiterror əməliyyatları həyata keçirmir, eyni zamanda diplomatik səviyyədə də bu qanunsuz fəaliyyətin qarşısını almağa çalışır. Bu il Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Rəsmi Ankara hər iki dövlətin qarşısında antiterror mübarizəni şərt olaraq qoymuşdu. Finlandiya bütün şərtlərə əməl etdiyi üçün Türkiyə onun namizədliyinin lehinə səs verib. İsveç isə rəsmi Ankaranın tələb etdiyi terrorçulara sığınacaq olaraq qalacağını nümayiş etdirməklə şərtləri yerinə yetirməyəcəyini açıq şəkildə bildirdir. İsveçin NATO-ya üzvlüyü məsələsi Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcək.

Yeri gəlmişkən, İsveç hökuməti bu yaxınlarda İraqın 26 vətəndaşını ölkəsinə deportasiya edib. Ehtimal etmək olar ki, bu, PKK terrorçuları ilə əlaqədə olanlardır. Çünki əvvəllər rəsmi Stokholm belə addım atmayıb. Türkiyənin terrorçuları təhvil verilməsi tələbindən sonra İsveç hökuməti onları İraqa deportasiya etməyi çıxış yolu olaraq görüb. Məlumata görə, 2012-ci ildən bəri İsveçdən ilk dəfədir İraqa məcburi deportasiya baş verir. Əvvəllər Bağdad krallıqdan çıxarılanları qəbul etməkdən imtina edib. Deportasiya olunan mühacirlərin bəzilərinin vəkili Məcid Alnaşi hər iki ölkə hakimiyyətinin bu hadisəyə açıqlama verməsini tələb edib: “Məcburi deportasiyanın səbəbi açıqlanmalıdır. İraq hakimiyyəti də əvvəllər tutduğu mövqedən çəkilməsinə aydınlıq gətirməlidir”.

PKK terrorçuları Türkiyənin təhlükəsizliyini təhdid etməkdədir. Qeyd edək ki, onlar oktyabrın 1-də Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış törədib. Terror aktı nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Oktyabrın 3-də Türkiyənin 64 əyalətində “Qəhrəmanların əməliyyatları” adı altında antiterror əməliyyatı başlayıb. Çoxlu sayda şübhəli saxlanılıb. Onlardan silah-sursat və partlayıcı vəsaitlər müsadirə edilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsinin terrora qarşı mübarizə ilə bağlı mövqeyi məlum bir həqiqətdir: “PKK-ya məxsus bütün infrastruktur, enerji mənbələri təhlükəsizlik və kəşfiyyat qüvvələrimizin qanuni hədəfidir. Üçüncü şəxslərə PKK-YPG terror qruplaşmasına aid obyektlərdən və ayrı-ayrı şəxslərdən uzaq durmağı tövsiyə edirəm. Silahlı qüvvələrimizin bu terror hücumuna cavabı çox aydın olacaq. Onlar etdikləri hərəkətə görə çox peşman olacaqlar” Bu, əvvəllər Türkiyənin kəşfiyyat qurumuna, Milli Kəşfiyyat Təşkilatına rəhbərlik etmiş, diplomatın açıqlamasıdır. Hakan Fidanın çıxışı onu da təsdiqləyir ki, Türkiyənin xarici siyasət kursunda da antiterror əməliyyatları, yaxud bu cinayətə qarşı mübarizə prioritet məsələlərdəndir.

Oktyabrın 29-da Türkiyə Respublikasının elan olunmasının 100-cü illiyidir. 100 yaşlı cümhuriyyətə qarşı düşmənləri əvvəlki vasitələrlə yanaşı, ən geniş şəkildə yayılmış təzyiq vasitəsi sayılan terrorçuluqdan daha çox istifadə edirlər. Türk düşmənləri Türkiyəyə qarşı indi PKK/YPG-PYD, HDP və başqa adlar altında qurub maliyyələşdirdikləri qruplaşmalarla fəaliyyətlərini davam etdirirlər. Ancaq bunlar cəhddən uzağa getmir. 700 ildən çox yaşı olan Osmanlının yerində qurulan Türkiyə Cümhuriyyəti isə böyüyür, güclənir.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR