
Rusiya Federasiyasının Nijni Novqorod vilayətində baş verən yanğın zamanı 5 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “İzvestiya” agentliyi məlumat yayıb.
"Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həlak olub", - xəbərdə bildirilir. Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 3:25-də Arzamas şəhər dairəsinin Sliznevo qəsəbəsində 60 kv.m. ərazidə baş verib.
Yanğının səbəbi hələ dəqiqləşdirilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.