
“Meta"nın qurucusu Mark Zukerberq şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində dünyanın ən varlı adamları siyahısında 12-ci yerə düşüb.
Avesta.az xəbər verir ki, bu barədə “Forbes”in milyarderlər reytinqinin məlumatlarında deyilir.
Hazırda onun sərvəti 84,8 milyard dollar qiymətləndirilir. Reytinqə görə, Zukerberq son sutkada 29,7 milyard dollar (25,9%) itirib. “Meta” rəhbərinin kapitalının gündəlik ixtisarı indiyədək ən böyük itkilərdən sayılır. Zukerberq bu siyahıda İlon Maskı qabaqlayır. Keçən il “Tesla” rəhbəri bir gündə 33 milyard dollar itirib. Qeyd edək ki, Zukerberq 2015-ci ildən bəri ən zəngin on adamdan biridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.