
Bu il Avropa İttifaqı, Norveç və İsveçrəyə 800 mindən çox sığınacaq ərizəsi təqdim edilib.
“AVESTA.AZ”un məlumatına görə, bu barədə “Welt” qəzeti Aİ Sığınacaq Agentliyinin məlumatlarına istinadən yazıb.
Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.
Belə ki, cari ilin əvvəlindən oktyabrın 3-dək 29 ölkədə 801 459 sığınacaq müraciəti edilib. Ən böyük artım Latviyada (+168%) və Estoniyada (+119%) qeydə alınıb. Bu, Belarusdan qanunsuz miqrasiyanın kəskin artması ilə izah olunur. Üçüncü yerdə Almaniya qərarlaşıb - ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 74% artıb.
Ən az müraciət Danimarka (-56%), Malta (-54%), Kipr (-52%) və Avstriyada (-41%) qeydə alınıb. Bu il sığınacaq üçün ən az müraciət edən ölkə indiyədək cəmi 26 müraciətlə Macarıstandır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.