
Gədəbəy rayonunda ağır yol qəzası baş verib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Əli Abbaslı, 1964-cü il təvəllüdlü İlqar Abdullayev və 1977-ci il təvəllüdlü Fəxrəddin Qələndərov xəsarət alıblar.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.