
Uqandanın şərqində hərəkətdə olan yük maşınının aşması nəticəsində 12 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə yerli polisə istinadən Sinxua agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yol qəzasında 6 nəfər xəsarət alıb. Ehtimal olunur ki, yük avtomobilinin aşmasına səbəb bataqlıq ərazidə yerləşən yolda çuxurların çox olmasıdır.
Qeyd edək ki, Uqandada hər il təxminən 20 000 yol qəzası qeydə alınır və nəticədə 2 000-dən çox insan ölür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.