
İsrail ordusu HƏMAS liderlərindən biri olan Abed Əlrəhmanı məhv edib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
A.Əlrəhmanın HƏMAS-da konkret olaraq hansı vəzifəni icra etdiyi açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.