
Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "VAZ-21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çay yatağına aşıb.
Bu barədə "Report"un Cənub bürosuna DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik yolunda, Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb.
Nəqliyyat vasitəsinin dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti müəyyənləşdirilr.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.