
“Transfermarkt” portalı klubların siyahılarının qiymətinə əsasən dünyanın ən bahalı futbol çempionatlarının reytinqini tərtib edib.
“Report”un məlumatına görə, ən bahalı liqa İngiltərə Premyer Liqasıdır (APL), onun dəyəri 11,04 milyard avro qiymətləndirilir.
Reytinqdə ikinci yeri İspaniya La Liqası (4,77 milyard avro) tutur. Ən bahalı çempionatların üçlüyünü İtaliya A Seriyası (4,71 milyard avro) tamamlayır.
Dördüncü yerdə Almaniya Bundesliqası (4,31 milyard avro), beşinci yerdə isə Fransa liqası (3,68 milyard avro) qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.