
Almaniya hökuməti Ukraynaya silah verməkdən imtina edib.
Avesta xəbər verir ki, Ukraynanın Almaniyadan tələb etdiyi silahların siyahısını bu ölkəyə verdiyi iddia edilir.
Almaniya hökumət rəsmiləri böhran və döyüş bölgələrinə öldürücü silahların göndərilməyəcəyini vurğulayaraq, Ukraynaya silah verməkdən imtina edib.
Almaniya kansleri Olaf Şolz fevralın 7-də ABŞ prezidenti Co Bayden, fevralın 10-da isə Baltikyanı ölkələrin liderləri ilə görüşəcək, ardınca Kiyev və Moskvada danışıqlar aparacaq.