
Almaniya Ukraynaya dəyəri 500 milyon avrodan çox olan əlavə silahlar verməyi planlaşdırır.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kanadada səfərdə olan Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynaya əlavə üç IRIS-T hava hücumundan müdafiə sistemi, 10 zirehli bərpa-təxliyə maşını, 20 raket buraxılışı qurğusu, yüksək dəqiqlikli döyüş sursatları və hava hücumundan müdafiə sistemləri tədarük etmək niyyətində olduğunu açıqlayıb.
Silahlar 2023-cü ildə, bəzi texnikalar isə daha əvvəl təhvil veriləcək. Eyni zamanda, hələ Bundestaqın büdcə komitəsi də silah tədarükünə razılıq verməlidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.