
İraqın Baş naziri Məhəmməd əl-Sudani İranda rəsmi səfərdədir.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi ilə Məhəmməd əl-Sudani arasında görüş olub. Hökumət başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirərək HƏMAS-İsrail müharibəsi ilə bağlı açıqlama veriblər.
İran Prezidenti müharibənin başlamasında Avropa İttifaqı və ABŞ-ı ittiham edib. O, iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı birgə əməkdaşlığı xüsusi vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.