6-11-2023, 18:37 1141

Azərbaycanla Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən bildirilib.

Görüşdə ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd olunub.

İqtisadi-ticari sahədə əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə olunub, ötən il ticarət dövriyyəsinin həcminin 28 % artdığı vurğulanıb.

Tərəflər investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd ediblər.

Görüş zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparıldığı vurğulanaraq, Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu qeyd olunub.

Tərəflər enerji təhlükəsizliyini bu gün qlobal gündəlikdə duran aktual məsələlərdən biri kimi qiymətləndiriblər. Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib.

Xorvatiyanın təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi istiqamətində səyləri vurğulanaraq, bu baxımdan TAP layihəsinin davamı olan İon-Adriatik Qaz Boru Kəməri layihəsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.

Paylaş

Xəbər lenti

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 15:49 Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir? Bu gün, 15:49 Maaşlar artıq SAATLA HESABLANACAQ: Kimlər daha çox qazanacaq? Bu gün, 15:49 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb Bu gün, 15:49 Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər Bu gün, 15:49 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir Bu gün, 15:49 Bu tarixə qədər hava PİS KEÇƏCƏK - XƏBƏRDARLIQ Bu gün, 15:48 Göyçayda Şəhidlər xiyabanına yürüş keçirilib Bu gün, 15:48 Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 günfaizsiz nağd kredit! Bu gün, 15:48 Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi Bu gün, 15:48 "McDonald"s Azərbaycan" və DSMF-nin birgə layihəsi çərçivəsində "Zəfərin varisləri" proqramına start verilir - FOTO Bu gün, 14:48 Azərbaycanda gələn il güzəşt və azadolmaların ümumi məbləği açıqlanıb Bu gün, 14:48 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər Bu gün, 14:48 PAŞA Real Estate Qrup və "Zəfər" İctimai Birliyi Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edib Bu gün, 14:48 İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Bu gün, 14:48 Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub Bu gün, 14:48 Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi Bu gün, 14:48 DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb Bu gün, 14:48 Emin Mahmudov millidə karyerasını başa vurur Bu gün, 13:49 Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirilib Bu gün, 13:49 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub Bu gün, 13:49 Deputat: "Yaxşı olardı ki, kuryerlər vergiyə cəlb olunsunlar" Bu gün, 13:49 Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı Bu gün, 13:49 Yasamalda boru partlayıb - Tədbir görülür Bu gün, 13:49 Yadplanetlilər həqiqətən varmı? - İlon Maskın diqqətçəkən paylaşımı Bu gün, 13:49 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU Bu gün, 13:48 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı Bu gün, 13:48 Pediatrdan mövsümi xəstəliklərlə bağlı ÇAĞIRIŞ Bu gün, 13:48 ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir Bu gün, 13:48 Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək Bu gün, 12:48 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub Bu gün, 12:48 Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək" Bu gün, 12:48 Gökhan Özen: "Gözümdən əməliyyat olundum, dedilər botoks etdirmişəm" Bu gün, 12:48 Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər Bu gün, 12:48 Yasamalda boru partlayıb, su küçəboyu fontan vurur Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər Bu gün, 12:48 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir Bu gün, 12:48 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48 NETTY 2026 ərizə qəbulu elan edilib Bu gün, 11:48 Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması... Bu gün, 11:48 "İrşad" Zəfər sevincini "Şad Günlər"lə qeyd edir! Bu gün, 11:48 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı Bu gün, 11:48 Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək Bu gün, 11:48 Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO Bu gün, 11:48 Qobustanda göbələkdən zəhərlənənlərin son durumu Bu gün, 11:48 Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir Bu gün, 11:48 Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib Bu gün, 11:48 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR