
Türkiyənin xarici işlər naziri Hakan Fidanla niderlandlı həmkarı Hanke Bröyns Slot arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, danışıqlar zamanı Qəzzadakı son vəziyyət və Ukraynadakı taxıl dəhlizi məsələləri müzakirə olunub.
Hakan Fidan niderlandlı həmkarına ən qısa zamanda tam atəşkəsin elan edilməsi və Qəzzaya humanitar yardımların təcili çatdırılması lazım olduğunu vurğulayıb.
Fidan Qəzzada artan gərginliyin regional böhrana çevrilməməsi üçün birgə səylərin göstərilməli olduğunu da bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.