
Bakıda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən Raqib Məmmədova hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü R.Məmmədov münaqişə zəminində Şəhriyar Soltanov və onun qardaşı Bəxtiyar Soltanovu bıçaqlayıb.
R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.