
Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
"AVESTA.AZ" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, F.Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədridir. Sabah onun 75 yaşı tamam olur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.