
Türkiyənin cənubunda Pamukkale vilayətində Antalya şəhərindən İstanbul şəhərinə gedən şəhərlərarası sərnişin avtobusu aşıb.
Bu barədə “Report” “NTV” kanalına istinadən xəbər verir.
Qeyd olunub ki, avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində azı 28 nəfər yaralanıb.
Qəza yerinə təcili yardım avtomobilləri cəlb edilib, sərnişinlərdən bəziləri xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.