
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
"AVESTA.AZ"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Meydan sahibləri 1 xalla 9-cu, rəqibindən bir oyun az keçirən Tovuz klubu 3 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.
Günün digər görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək. "Ağ-qaralar" 6 xalla 4-cü, "qartallar" isə 4 xalla 5-cidir. Bu, tərəflərin Premyer Liqadakı 27-ci matç olacaq. Əvvəlki görüşlərin 12-də qonaqlar, 7-də meydan sahibləri qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 27:27.
Azərbaycan Premyer Liqası, IV tur
26 avqust (cümə)
18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
“Kapital Bank Arena”
20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Kamal Umudlu
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”
Qeyd edək ki, IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.